Hər yaşa uyğun mineral su
2021-04-30 17:29:11
Təmiz havada gəzmək istisnasız olaraq bütün uşaqların sevimli əyləncəsidir
Hər yaşa uyğun mineral su
Uşaq sağlam və güclüdürsə, günboyu oyun meydançasında, parkda və ya həyətdə gəzməkdən yorulmaz. Övladınızın aktiv fəaliyyəti onun fiziki inkişafına kömək etməklə yanaşı, enerji itirməsinə də səbəb olur. Yaş, çəki və fiziki aktivliyə əsasən körpənizin suya olan ehtiyacını ödəmək üçün nə qədər maye tələb olunduğunu hesablayın. Gəzintidən və ya parkda hərəkətli bir oyundan sonra uşağınız suya ehtiyac duyacaq. Təbii su içməkdən imtina etsə belə şəkərli içki verməyin. Övladınıza mineral su içmə vərdişini uşaq yaşlarından öyrətməyə başlayın və ailənizin sağlamlığı üçün minerallarla zəngin təbii sulara üstünlük verin.
Sağlamlığına dəyər ver

Bədəndə su balansı mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır.

İdmandan qalma

Bildiyimiz kimi, mayenin çox hissəsi fiziki gərginlik zamanı istehlak olunur.

Hamiləlik dövründə suyun faydası

Hamiləlik dövründə su qəbulu ana və körpənin sağlamlığı üçün vacibdir.