İnsan Resursları

Sağlam gələcək üçün sağlam karyera!

Sağlamlığa töhfə vermək və peşəkar karyera qurmaq üçün doğru ünvandasınız. 1947-ci ildən Azərbaycanda mineral suların istehsalı və satışında ilk və lider olan “Badamlı” şirkəti hər zaman gənc və dinamik komandasına üzv olmaq istəyənlər üçün fürsət yaradır.

Badamlı komandasının üzvü olmağınızın üstünlüyü ondan ibarətdir ki, təmsil edəcəyiniz şirkət 70 ildən çoxdur insanların sağlamlığını düşünür və minerallarla zəngin təbii süfrə suyu istehsal edir. Bu məsuliyyətli işdə komandamıza qoşularaq parlaq bir karyera qurmaq istəyirsinizsə, aşağıdakı vakansiyalar üzrə meraciət edə bilərsiniz.

Bu elan - 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışın Horeca kanalı sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və satış təmsilçisi olaraq, Siz Badamlı markasının horeca kanalı üzrə satışını təşkil edəcək və inkişaf etdirəcəksiniz.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Davamlı karyera inkişafı
  • Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
  • Adekvat əmək haqqı 
  • Korporativ telefon
  • Qanunvericiliyə uyğun sənədləşdirmə

Bizim üçün ideal namizəd:

  • Ali təhsil, satış üzrə sertifikatları olan şəxslərə üstünlük veriləcək 
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi 
  • MS Office (Word, Excel, Outlook) proqramları ilə işləmə bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq, Rus dili arzu olunandır
  • İşgüzar danışıqlar aparma və ünsiyyət qura bacarıqları
  • Xoş görünüş, məsuliyyətlilik,məqsədyönlülük və operativlik
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobilinin olması şərtdir

Görəcəyiniz işlər:

  • Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatının və satışının həyata keçirilməsi 
  • Qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi
  • Satış nöqtələrinin plan üzrə ziyarəti 
  • Mütəmadi olaraq potensial müştərilərin axtarılması 
  • Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanılması, müştəri məmnuniyyətinin təmin edilməsi
  • Mövcud müştərilərdən sifarişlərin qəbul edilməsi
  • Müştərilərin müvafiq problemlərinin aradan qaldırılması
  • Müştərilərdən ödənişlərin qəbul edilməsi və borc öhdəliklərinin nəzarətdə saxlanılması 
  • Yeni məhsullarla əlaqədar təqdimatların keçirilməsi
  • Müştərilərin ərazisinə verilmiş avadanlıqların istismarı haqqında onların təlimatlandırılması 
  • Satış və müştərilərlə əlaqədar hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması

CV göndər

Bu elan - 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışı sahəsində merçendayzer kimi təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və Merçendayzer olaraq, Siz Badamlı şirkətinin mövcud və potensial müştərilərini məhsullarımızın bütün çeşitlərinin satışının həyata keçirilməsi prosesində aktiv şəkildə iştirak edəcəksiniz.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Davamlı karyera inkişafı
  • Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
  • Adekvat əmək haqqı 
  • Korporativ telefon
  • Qanunvericiliyə uyğun sənədləşdirmə

Bizim üçün ideal namizəd:

  • Minimum orta təhsil 
  • Müvafiq sahədə iş təcrübəsi arzu olunandır 
  • 20-35 yaş aralığında namizədlərə üstünlük veriləcək
  • Azərbaycan dilində sərbəst danışıq
  • Etik normalara həssaslıq və komandada işləmə qabiliyyəti
  • Xoş görünüş, səliqəlilik, məsuliyyətlilik və  operativlik

Görəcəyiniz işlər:

  • Şirkətin məhsul çeşitləri haqqında məlumatlı olmaq və onları düzgün təbliğ etmək
  • Plana uyğun müştərilərin ziyarət etmək
  • Satış nöqtələrində vitrinlərin mütəmadi, təlimatlara uyğun olaraq səliqəyə salmaq  
  • Məhsulların vitrinlərə vaxtında düzülməsini təmin etmək  
  • Məhsulların son istifadə tarixlərini nəzərətdə saxlamaq və bu haqda satış təmsilçilərini məlumatlandırmaq
  • Satış nöqtələrində depoda malın kifayət qədər olmasını nəzarətdə saxlamaq 
  • Vitrinə yerləşdirmə zamanı məhsulun etiketinin, qablaşdırmasının sağlam olmasına diqqət etmək
  • Yeni məhsullarla əlaqədar təqdimatların keçirilməsində iştirak etmək
  • Müştərilərin ərazisinə verilmiş avadanlıqların düzgün istismarını nəzarətdə saxlamaq, təlimatdan kənar istifadələr zamanı rəhbərliyi məlumatlandırmaq

CV göndər