Badamlı haqqında məlumat

Məlumat üçün qeyd edək ki, Badamlı mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947- ci illərdə geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun rəhbəriyi altında bu ərazidə elmi tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədə uyğun hesab olunmuşdur. 1947-ci ildə burada kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılmışdır.

Qısa xüsusiyyətləri:

Badamlı insan sağlamlığı üçün ən faydalı olan zəngin  mineral tərkibli, milli və beynəlxalq standartlara uyğun olan təbii mineral süfrə suyunu təqdim edir. İstifadə etdiyimiz su Şahbuz rayonunun Badamlı qəsəbəsindən dəniz səviyyəsindən 1274 metr yüksəklikdən çıxan yeraltı sudur. Mineral su dağlardan qida təhlükəsizliyinə sahib polietilen borularla 30 km-lik məsafədən istehsal zavodumuza gəlir. Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Badamlı-da bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə beynəlxalq standartlara cavab verən İSO-22000:2005 və İSO-9001:2008 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Laboratoriyada su kimyəvi və mikrobiolojik analizlərə tabe tutulur. Keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təsdiqlədikdən sonra su, şüşələmə prosesinə buraxılır. Labüd olan zaman su ozonlaşdırma və deionizasiyadan keçirilir. Şüşələmə prosesi avtomatlaşdırılmış avadanlıqlarla, əsla insan əli müdaxiləsi olmadan həyata keçirilir və gigiyenik şüşələrdən istifadə olunur. Dolum prosesindən sonra hazır şüşələr yenidən laboratoriyada yoxlamaya göndərilir. Hazır məhsullar gigiyenik anbarda 12`lik və 6`lıq paketlərdə mühafizə olunur. Daha sonra örtüklü və soyuduculu avtofuralar vasitəsilə paylanmaya verilir.

Fəaliyyət sahəsi: Qida sənayesi

Məhsullarımız:

0.5 L Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (PET)

1.0 L Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (PET)

1.5 L Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (PET)

5.0 L Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (PET)

19 L Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (PET)

300 cc Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (şüşə)

600 cc Badamlı təbii mineral süfrə suyu qazlı və qazsız (şüşə)

Qazsız təbii mineral suyunun xüsusiyyətləri:

  • Zəif minerallaşmış (0.3 g/l minerallaşma)
  • Kimyəvi maddələrdən tərkibinə əsasən kalsium, maqnezium və natrium var.

 

Fiziki xüsusiyyətləri

  • Şəffaf, dadsız, çöküntüsüz, rəngsiz və qoxusuzdur.
  • PH (6.5-6.9)
  • Tərkibində azot birləşmələri azlıq təşkil edir.
  • Heç bir zərərli komponent yoxdur.

 

Qazlı təbii mineral suyunun xüsusiyyətləri:

  • Zəif turşuluğu var (PH 7.1-7.9)
  • Mid-dərəcədə minerallaşmışdır (1.8 g/l minerallaşma)
  • Sudakı kimyəvi maddələrə əsasən karbonat, kalsium, maqnezium və natrium var.

 

Fiziki xüsusiyyətləri

  • Şəffaf, az turşulu, çöküntüsüz, rəngsiz ve qoxusuzdur.
  • Heç bir zərərli komponent yoxdur.
  • CO2 səviyyəsi 6.00 g/l 1-4.0