1947-dən bu günə

Adıyla və dadıyla

Şahbuz rayonunda yerləşən Badamlı kəndinin mineral bulaqları XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb. 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb.

Möcüzəvi Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxarılır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 75 ildir ki, süfrələri bəzəyir.
Saflıq və keyfiyyət
pH Dəyəri
7.5
Kalsium
83 mq/l
Maqnezium
45 mq/l
Dəniz səviyyəsindən
1274 m
yüksəklikdə

Ən qədim mineral süfrə suyu

1947-dən bəri

1947

Badamlı  mineral  suyunun  kəşfi  və  dünyada tanıdılması  geologiya-mineralogiya elmləri  doktoru Əziz  Əsgərovun  adı  ilə  bağlıdır.  1945-1947-ci  illərdə onun  rəhbərliyi  altında  Şahbuz  rayonu,  Badamlı qəsəbəsi  ərazisində  aparılan  elmi-tədqiqat  işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar  olunub.

Beləliklə,  Azərbaycanda ilk  dəfə  1947-ci  ildə  mineral suyun qablaşdırılmasına başlanılıb.

Müəyyən marşrut üzrə hərəkət edərkən hansısa çeşmənin yanında tədqiqat işlərinin aparılması üçün bəzi yardımçı əşyaları daşıyan ulağı suvarmaq istədim. Gördüm ki, heyvan su içmədi. Suyun fərqli tamı var idi. Çeşmə boyu yuxarı gedib onun mənbəyini tapdım.

Götürülən nümunədən başa düşdüm ki, bu qiymətli bulaqdır. Laborator analizlər də bunu təsdiq etdi. Sevincimin həddi-hüdudu yox idi.

Geologiya-mineralogiya elmləri doktoru
Əziz Əsgərov

Rəşid Behbudov “Badamlı”

Dahi sənətkarımız Rəşid Behbudovun ifasında ruhumuzu qidalandıran “Badamlı” mahnısı 1960-cı ildən bəri dillər əzbəridir

Badamlı, nə sərin
Badamlı, nə şirin
Badamlı, dadı var
Badamlı, adı var
Dərdlərin dərmanı,
Belə su de hanı?

Qəsəbənin inkişafı

Mineral bulağın mənbəyində yerləşən Badamlı zavodu fəaliyyətini genişləndirdikcə qəsəbədə yaşayanların da sayı artmış, məskunlaşan insanlar yeni evlər inşa etmişlər. Artıq 1961-1967-ci illər ərzində həmin müəssisədə işləyənlər üçün 6 yaşayış binası inşa olunmuşdu.

Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artmışdır.

Sovet İttifaqı dövrü

İstehsal edildiyi gündən Badamlı mineral suyunun şöhrəti Sovet İttifaqı miqyasında sürətlə yayılırdı. Artıq 1970-1980-ci illərdə Badamlı zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilirdi.

1947-ci ildən bəri kiçikdən böyüyə hər kəsin dilində əzbər olan Badamlı suları müasir dövrümüzdə də Azərbaycanın su bazarında ən çox sevilən məhsullardan biridir.

2009

Mineral suya olan tələbat artdığı üçün 2009-cu ildə Badamlı qəsəbəsində ümumi sahəsi 10590 m2 olan yeni zavod inşa edildi. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarlarından ibarətdir.

Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

2020

2020-ci ilin əvvəllərində “Badamlı”-nın yeni istehsal binası istifadəyə verilib. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.

70 ildən çoxdur ki, Badamlı təbii mineral suyu süfrələri bəzəyir.

İstehsalat prosesi

İstehsalat

2021-ci ilə qədər “Badamlı” mineral suyu qazlı və qazsız olmaqla 14 çeşiddə qablaşdırılırdı. Artıq bu mineral su karvanına yeni 330 və 750 ml-lik Premium Badamlı şüşə butulkaları və 15 litrlik şüşə bidon qoşuldu.

Qazlı sularda ümumi minerallıq 400-500 mq/litr təşkil edir. Bu elə bir dəyərdir ki, insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır. Uzun müddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır, ürək, qan-damar sisteminə müsbət təsir göstərir. pH dəyəri isə 6.5-7.5 arasında dəyişir.

Laboratoriyada keyfiyyətə nəzarət

İstehsal etdiyimiz bütün növ suların keyfiyyətinə Avropadan gətirilən avadanlıqlarla qurulmuş laboratoriyada tam nəzarət olunur.

Müasir texnologiyalı istehsalat prosesi

Badamlı şirkəti istehsal prosesinin bütün mərhələlərində ən son texnologiyalardan istifadə edir.

Sertifikatlarımız

 

Badamlı zavodunun istehsal prosesi İSO Keyfiyyət İdarəetmə Sistemi və qida təhlükəsizliyinin tələblərinə uyğun şəkildə təşkil edilib. Müəssisə bütünlüklə beynəlxalq standartlara cavab verir.

Gigiyenik Sertifikat ISO 22000 : 2018 Food Safety Management System Uyğunluq Sertifikatı Uyğunluq Sertifikatı
BADAMLI MOBİL TƏTBİQİ

Təbii mineral suyun mənbəyi artıq əlinizdədir.

Yeni mobil tətbiqimizdən sifariş vermək indi daha rahatdır.