İnsan Resursları

Sağlam gələcək üçün sağlam karyera!

Sağlamlığa töhfə vermək və peşəkar karyera qurmaq üçün doğru ünvandasınız. 1947-ci ildən Azərbaycanda mineral suların istehsalı və satışında ilk və lider olan “Badamlı” şirkəti hər zaman gənc və dinamik komandasına üzv olmaq istəyənlər üçün fürsət yaradır.

Badamlı komandasının üzvü olmağınızın üstünlüyü ondan ibarətdir ki, təmsil edəcəyiniz şirkət 70 ildən çoxdur insanların sağlamlığını düşünür və minerallarla zəngin təbii süfrə suyu istehsal edir. Bu məsuliyyətli işdə komandamıza qoşularaq parlaq bir karyera qurmaq istəyirsinizsə, aşağıdakı vakansiyalar üzrə meraciət edə bilərsiniz.