Sağlamlığa töhfə vermək və peşəkar karyera qurmaq üçün doğru ünvandasınız. 1947-ci ildən Azərbaycanda mineral suların istehsalı və satışında ilk və lider olan “Badamlı” şirkəti hər zaman gənc və dinamik komandasına üzv olmaq istəyənlər üçün fürsət yaradır.
Badamlı komandasının üzvü olmağınızın üstünlüyü ondan ibarətdir ki, təmsil edəcəyiniz şirkət 70 ildən çoxdur insanların sağlamlığını düşünür və minerallarla zəngin təbii süfrə suyu istehsal edir. Bu məsuliyyətli işdə komandamıza qoşularaq parlaq bir karyera qurmaq istəyirsinizsə, aşağıdakı vakansiyalar üzrə meraciət edə bilərsiniz.
Bu elan - 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışın Horeca kanalı sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və satış təmsilçisi olaraq, Siz Badamlı markasının horeca kanalı üzrə satışını təşkil edəcək və inkişaf etdirəcəksiniz.
Bu elan - 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışı sahəsində merçendayzer kimi təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və Merçendayzer olaraq, Siz Badamlı şirkətinin mövcud və potensial müştərilərini məhsullarımızın bütün çeşitlərinin satışının həyata keçirilməsi prosesində aktiv şəkildə iştirak edəcəksiniz.