Təbii mineral süfrə suları

Mineral su nədir?

Mineral su yerin ən dərin qatlarından çıxır, çıxdığı yerin geoloji xüsusiyyətlərini daşıyır və maqmadan aldığı karbon qazının təzyiqi ilə səthə çıxır. Yer üzünə çıxarkən keçdiyi təbəqələrdən mineralları alaraq irəliləyir. Bu səbəblə mineral su minerallarla çox zəngindir.

Mineral su sifarişi

Badamlı ilə təbii su sifarişi həm sərfəli, həm də rahatdır. Evlərə su çatdırılması depozitsiz və pulsuzdur.

Mineral su istehsalı

2021-ci ilə qədər “Badamlı” mineral suyu qazlı və qazsız olmaqla 14 çeşiddə qablaşdırılırdı. Artıq bu mineral su karvanına yeni 330 və 750 ml-lik Premium Badamlı şüşə butulkaları və 15 litrlik şüşə bidon qoşuldu.

Qazlı sularda ümumi minerallıq 400-500 mq/litr təşkil edir. Bu elə bir dəyərdir ki, insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır. Uzun müddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır, ürək, qan-damar sisteminə müsbət təsir göstərir. pH dəyəri isə 6.5-7.5 arasında dəyişir.

Su sifarişi mobil tətbiqdə

Badamlı sifarişi indi mobil tətbiqlə daha asan!
App ilə su sifarişinin üstünlükləri:
- Bir toxunuşla sifariş;
- Rahat seçim imkanı;
- Sifarişi uyğun zamana planlama;
- 7/24 sifariş planlama;
- Yer seçiminin xəritə üzərindən olması.

Mobil tətbiqi yükləyərək sadəcə bir toxunuşla sifarişinizi təsdiqləyin və Badamlı qaynağından qapınıza gəlsin!