2021-04-30 17:28:16
Bildiyimiz kimi, mayenin çox hissəsi fiziki gərginlik zamanı istehlak olunur.
İdmandan qalma
Qaçmaq, tullanmaq və müxtəlif aktiv idman növləri ilə məşğul olmaqla çoxlu enerji sərf edirik. Fiziki fəaliyyət zamanı tərlə daha çox maye sərbəst buraxılır və mineral duzlar bədəni tərk edir. Buna görə fiziki gərginlik zamanı su-duz balansını vaxtında bərpa etmək və bədən üçün çox təhlükəli olan susuzlaşmanın qarşısını almaq lazımdır.

İdmana başlamazdan əvvəl bir neçə qurtum mineral su içərək hazırlaşın. Məşq zamanı fasilələrlə və tam doymamaq şərti ilə mineral su qəbul edin. Bu gərginliyinizi azaldar, itirdiyiniz enerjini yerindəcə qaytarmağa kömək edər. Məşq bitdikdən sonra əvvəldə olduğu kimi bir neçə qurtum mineral su içmək kifayətdir. İdmanı və mineral su qəbulunu vərdişə çevirərək sağlamlığınıza dəyər qatın.
Sağlamlığına dəyər ver

Bədəndə su balansı mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır.

Hər yaşa uyğun mineral su

Təmiz havada gəzmək istisnasız olaraq bütün uşaqların sevimli əyləncəsidir

Hamiləlik dövründə suyun faydası

Hamiləlik dövründə su qəbulu ana və körpənin sağlamlığı üçün vacibdir.