
Uşaqlar gün ərzində nə qədər su istehlak etməlidirlər?
Hər yaş qrupunun istehlak etməli olduğu su miqdarı fərqlidir. Çünki hər yaş qrupunun inkişaf prosesləri bir-birindən fərqlidir. Bu səbəbdən müəyyən yaş qruplarının gün ərzində nə qədər su istehlak etməli olduğunu araşdırdıq.
Hər bir insanın gün ərzində içməli olduğu suyun miqdarı fərqlidir. Ancaq bir çox mütəxəssisin fikrincə, 1-3 yaş arası körpələr gün ərzində 4, 4-6 yaş arası uşaqlar 5, 9-13 yaş arası uşaqlar 6-7 stəkan, gənclər 14 yaşdan yuxarı 6-8 stəkan, yetkin qadınlara 8 stəkan su, yetkin kişilərə isə təxminən 10 stəkan su içmək məsləhət görülür.